Qəbələ məktəbliləri fərqləndilər: Bir sinfin bütün şagirdləri tələbə oldular

Qəbələ məktəbliləri fərqləndilər: Bir sinfin bütün şagirdləri tələbə oldular






presstv

"Presstv"az #Audi, #Orta məktəb, #Qarabağ Universiteti, #Qəbələ, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu il ali məktəblərə qəbulda Qəbələ məktəbləri fərqlənib.

presstvaz Xəzər TV-yə istinadən xəbər verir ki, Qəbələ şəhər 4 nömrəli tam orta məktəbin XI “a” sinfinin 19 məzununun hamısı ali məktəbə qəbul olub.

Onlardan dördü 650-dən yuxarı nəticə göstərib. 619 bal toplamış Zəhra Hümbətova isə Qarabağ Universitetinin Tibb fakültəsini seçib.

Qəbələ şəhər 2 nömrəli tam orta məktəb də uğurlu nəticələrlə seçilib. Həmin məktəbin eyni sinfinin 21 məzunu tələbə adını qazanıb. Onlardan 6 nəfər məktəbi qırmızı attestatla bitirib. Bu məktəbin məzunları arasında hərbi ixtisaslara üstünlük verənlərin sayı daha çoxdur.

Ümumilikdə, bu il rayon üzrə 830 şagird ali məktəblərə sənəd verib. Onlardan 584 nəfər qəbul olub. Qəbul olanlardan 54 nəfəri 600-dən yuxarı bal toplayıb.

Qeyd edək ki, avqustun 22-də ali məktəblərə ixtisas seçiminin nəticələri elan olunub.

Ətraflı süjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv