Elvin Cəfərquliyev: “Barselona” ilə rəqib olmaq istəyərəm”

Elvin Cəfərquliyev: “Barselona” ilə rəqib olmaq istəyərəm”






presstv

"Presstv"az #"Qarabağ", #Audi, #Avropa, #Azərbaycan, #Futbol, #Macarıstan, #Təbrik, #UEFA Avropa Liqası, #UEFA Çempionlar Liqası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Bu gün bizi meydanda dəstəkləyən bütün azarkeşlərimizə təşəkkür edirəm”.

presstvaz xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının pley-off mərhələsinim cavab matçında “Ferentsvaroş”la görüşdən sonra “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev deyib.

“Bütün Azərbaycan xalqını bu gözəl qələbə münasibətilə təbrik edirəm. Mən özüm də çox xoşbəxtəm, ikinci dəfə bu tarixi yaşadıq. UEFA Avropa Liqasının 1/8 final mərhələsində oynamışdım, amma UEFA Çempionlar Liqasında ilk dəfə çıxış edəcəyəm. Bu da mənim üçün çox xoş oldu və hədsiz qürurlu və xoşbəxtəm. Oyunun son dəqiqələri bizim üçün çox çətin idi. Kiçik bir səhvimizdə oyun uzatmalara gedə bilərdi. Rəqibimiz çox güclü idi. Amma şükürlər olsun ki, hər şeyə rəğmən növbəti mərhələyə biz keçdik”.

Cəfərquliyev həmçinin Çempionlar Liqasının əsas mərhələsində qarşılaşmaq istədiyi komandanı açıqlayıb: “Rəqib kimi “Barselona”nı görmək istəyərəm”.

Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanın “Ferentsvaroş” klubunu iki oyunun nəticəsinə görə 5:4 hesabı ilə məğlub edərək əsas mərhələyə yüksəlib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv