Rusiyada terror aktının qarşısı alındı: Təyyarəni yandırmaq istəyən gənc saxlanıldı

Rusiyada terror aktının qarşısı alındı: Təyyarəni yandırmaq istəyən gənc saxlanıldı






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Cinayət işi, #Sosial şəbəkələr, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Şimali Osetiyada “Vladiqafqaz” hava limanı ərazisində Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları terror aktının qarşısını alıblar. Xüsusi təyinatlılar təyyarəni yandırmaq istəyən 25 yaşlı gənci saxlayıblar.

presstvaz xəbər verir ki, bu barədə FTX-nin Şimali Osetiya-Alaniya Respublikası üzrə İdarəsindən məlumat verilib.

Məlum olub ki, gənc uzun müddətdir sosial şəbəkələrdə şübhəli və zorakılıq məzmunlu paylaşımlarla maraqlanıb. O, cinayətkar niyyətlərini reallaşdırmaq üçün xüsusi pirotexniki vasitələr əldə edib və hava limanının aviasiya təhlükəsizliyi xidmətinin əməkdaşını terror fəaliyyətində iştirak etməyə razı salmağa cəhd göstərib.

Təhlükəsizlik qüvvələri onun planından vaxtında xəbər tutublar. Təyyarədə sərnişinlər olarkən baş verə biləcək faciənin qarşısı alınıb.

Gənc barəsində “Terror aktına hazırlıq” və “Terror fəaliyyətinə köməklik” maddələri üzrə cinayət işi açılıb. Birinci maddəyə görə ona 20 ilədək, ikinci maddəyə görə isə 15 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər.

Hazırda gənc istintaq təcridxanasına yerləşdirilib və araşdırmalar davam etdirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv