KİV: Neftin qiyməti 120 dollara yüksəldikdən sonra kəskin ucuzlaşıb

KİV: Neftin qiyməti 120 dollara yüksəldikdən sonra kəskin ucuzlaşıb






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Neftin qiyməti kəskin artımdan sonra yenidən 100 dollardan aşağı düşüb.

presstvaz “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə müvafiq statistika məlumatlarında bildirilir.

Qeyd olunur ki, martın 9-da ICE birjasında keçirilən ticarət zamanı neftin qiyməti bir barel üçün 120 dollara qədər yüksəlib, lakin hazırda 95 dollar səviyyəsinə enib.

Qiymətlərin qismən sabitləşməsi Böyük Yeddilik (G7) ölkələrinin iqtisadiyyat nazirlərinin qlobal enerji təchizatını qorumaq üçün istənilən tədbirləri görməyə hazır olduqlarını, o cümlədən strateji ehtiyatlardan istifadə edəcəklərini bildirməsindən sonra baş verib.

Bundan əvvəl qeyd olunurdu ki, Yaxın Şərqdə silahlı münaqişə neft qiymətlərinin artmasına səbəb olub. Martın 9-da keçirilən hərraclarda “qara qızıl”ın qiyməti 26%-dən çox artaraq 2022-ci ilin ortalarından bəri ən yüksək səviyyəyə çatmışdı.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv