ABŞ-nin sabiq prezidenti Riçard Niksonun Ağ Evdəki dinləmə sistemini ifşa edən köməkçisi vəfat edib

ABŞ-nin sabiq prezidenti Riçard Niksonun Ağ Evdəki dinləmə sistemini ifşa edən köməkçisi vəfat edib






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin 37-ci prezidenti Riçard Niksonun köməkçilərindən biri olmuş və Ağ Evdəki gizli dinləmə sistemini ifşa etmiş Aleksandr Batterfild 99 yaşında vəfat edib.

presstvaz “The New York Times”a istinadən xəbər verir ki, o, Kaliforniya ştatının San-Dieqo şəhərindəki evində dünyasını dəyişib.

Qeyd edək ki, 1973-cü ildə Batterfild ABŞ konqresmenləri ilə söhbət zamanı bildirmişdi ki, Nikson Ağ evdəki Oval kabinetdə və digər otaqlarda baş verən bütün danışıqları lentə yazdırırdı. Bu açıqlama 1972-ci ilin yayında Vaşinqtondakı “Watergate” otelində yerləşən ABŞ Demokrat Partiyasının qərargahında telefon danışıqlarının qanunsuz dinlənilməsi ilə bağlı baş vermiş Uotergeyt qalmaqalını daha da alovlandırmışdı.

“Uotergeyt işi” ABŞ-nin müasir tarixində ən böyük daxili siyasi qalmaqallardan biri hesab olunur. Bu işin nəticəsində Riçard Nikson istefa vermək məcburiyyətində qalmışdı.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv