ABŞ Ukraynada hərbi təyyarələrini yerləşdirməyə hazırdır

ABŞ Ukraynada hərbi təyyarələrini yerləşdirməyə hazırdır






presstv

"Presstv"az #ABŞ, #Avropa, #Böyük Britaniy, #Böyük Britaniya, #Fransa, #Kiyev, #Münaqişə, #Rusiya, #təyyarə, #Ukrayna, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ münaqişə bitdikdən sonra Ukraynada hərbi təyyarələrini yerləşdirməyi və təhlükəsizlik zəmanəti olaraq Kiyevə kəşfiyyat məlumatı verməyi təklif edib.

presstvaz bildirir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti Avropa və Ukrayna məmurlarına istinadən məlumat yayıb.

Məlumata görə, avropalılarla aparılan danışıqlar nəticəsində Vaşinqton Böyük Britaniya və Fransanın başçılıq etdiyi “Könüllülər koalisiyası”nın hərbi kontingentinin yerləşdirilməsini təmin etmək üçün məlumat toplamaq, kəşfiyyat, müşahidə, komandanlıq, idarəetmə və hava hücumundan müdafiə vasitələrini təqdim etməyə hazır olduğunu bəyan edib.

Bildirilir ki, Qərb ölkələri münaqişənin nizamlanmasının qaralama variantını hazırlayıblar. Bu variant Ukrayna və Rusiya ilə razılaşdırılaraq, neytral sülhməramlı qüvvələrin patrul aparması ehtimalı ilə demilitarizasiya zonasının yaradılmasını nəzərdə tutur.

Onların planına görə, bu xəttin xaricində NATO-ya üzv ölkələrin silahları ilə təchiz edilmiş Ukrayna Silahlı Qüvvələri yerləşdiriləcək, alyansın təlimatçıları da Ukrayna ərazisində olacaqlar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv