Çində 45 milyon dollar rüşvət almış partiya funksioneri edam cəzasına məhkum edildi

Çində 45 milyon dollar rüşvət almış partiya funksioneri edam cəzasına məhkum edildi






presstv

"Presstv"az #Çin, #Dollar, #Məhkum, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Çinin Haynan əyalətinin Xalq Məclisi Daimi Komitəsinin keçmiş sədr müavini Lyu Sintay əmlakı tam müsadirə olunmaqla ölüm cəzasına məhkum edilib.

presstvaz-ın Çin Mərkəzi Televiziyasına (CCTV) istinadən verdiyi xəbərə görə o, 316 milyon yuandan (təxminən 45 milyon dollar) çox rüşvət almaqda təqsirli bilinib.

Quylin Şəhər Məhkəməsi Lyunu 2003-2024-cü illərdə Şandun və Haynan əyalətlərində yüksək vəzifələrdə çalışdığı zaman korrupsiyada təqsirli bilib. O, şirkətlərə və şəxslərə biznesdə köməklik göstərmək, müqavilələr əldə etmək və maliyyə vəsaitlərini bölüşdürmək üçün rüşvət alıb.

Lyu günahını etiraf edib, istintaqla fəal əməkdaşlıq edib və müsadirə edilmiş əmlakı könüllü olaraq qaytarıb. Məhkəmənin qərarına əsasən, Lyunun edamı iki il müddətinə təxirə salınacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv