Bakı, Daşkənd və Aşqabad iqlim böhranı ilə mübarizə sahəsində əməkdaşlığı genişləndirirlər

Bakı, Daşkənd və Aşqabad iqlim böhranı ilə mübarizə sahəsində əməkdaşlığı genişləndirirlər






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #İlham Əliyev, #Özbəkistan, #Şavkat Mirziyoyev, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakı, Daşkənd və Aşqabad iqlim böhranının nəticələri və ekoloji risklərlə mübarizədə əməkdaşlığı genişləndirəcək.

presstvaz “Report”a istinadən xəbər verir ki, bu barədə avqustun 22-də Türkmənbaşıda keçirilən üçtərəfli sammitin yekunları üzrə Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qəbul etdikləri birgə bəyanatda deyilir.

Türkmənistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir ki, tərəflər iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması və ona adaptasiya, ekoloji risklərlə mübarizə, biomüxtəlifliyin qorunması, ətraf mühitin mühafizəsi sahəsində ümumi layihə və proqramların təşviqi, regional və beynəlxalq platformalar çərçivəsində üç ölkənin ümumi maraqlarına cavab verən birgə təşəbbüslər üzrə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini qeyd edirlər.

Liderlər, həmçinin mədəni-humanitar sahədə əməkdaşlığın prioritet istiqamətlərini də müzakirə edib, aidiyyəti dövlət qurumları ilə ictimai birliklər, tədqiqat mərkəzləri, ali təhsil müəssisələri, KİV, mədəniyyət və incəsənət xadimləri arasında əlaqələrin vacibliyini vurğulayıblar.

Bəyanatda dostluğun və hərtərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsinin zəruriliyinə qəti əminlik qeyd olunur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv