Rəqsanə İsmayılova apellyasiya şikayəti verdi

Rəqsanə İsmayılova apellyasiya şikayəti verdi






presstv

"Presstv"az #Araşdırma, #Bakı, #Bakı Apellyasiya Məhkəməsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İki gün əvvəl bir milyon manatlıq dələduzluq ittihamı ilə həbs edilən müğənni Rəqsanə İsmayılova qərardan narazıdır.

presstvaz “Qafqazinfo”ya istinadən xəbər verir ki, müğənninin vəkili Hikmət Əliyev qərardan apellyasiya şikayəti verib.

Müdafiə tərəfi əvvəlki məhkəmə qərarının ləğv edilməsini istəyir.

Hikmət Əliyevin sözlərinə görə, xanım müğənninin azadlıqda qalması cəmiyyət üçün heç bir təhlükə təşkil etmir və istintaqın normal gedişinə hər hansı bir maneə yaratmaz:

“Rəqsanə özünü təqsirli bilmir. Əgər hər hansı şikayət varsa, həmin şikayətin araşdırılması başadüşüləndir. Lakin bu araşdırmanın onun azadlıqda olması ilə aparılması daha ədalətlidir. Hüquqi baxımdan, həbs yalnız sonuncu çarə kimi tətbiq olunmalıdır. Halbuki Rəqsanə xanım barəsində ev dustaqlığı və ya digər alternativ tədbirlər yetərli ola bilərdi. Əlavə olaraq qeyd etmək istəyirəm ki, müvəkkilim iki azyaşlı övlad anasıdır. Bu amil həm hüquqi, həm də humanist prinsiplər baxımından nəzərə alınmalıdır.

İnanırıq ki, apellyasiya instansiyası bütün bu məqamları obyektiv şəkildə nəzərə alacaq və yekunda ədalətli qərar qəbul olunacaq”.

Şikayətə iki gün ərzində Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Rəqsanə polisdə aparılan istintaqla cinayət məsuliyyətinə cəlb edilib. Onun haqqında polis müstəntiqinin vəsatəti, prokurorun təqdimatı əsasında məhkəmə qərarı ilə dörd aylıq həbs qətimkan tədbiri seçilib. Müğənninin ittiham olunduğu maddənin (178.4 – dələduzluq xüsusilə külli miqdarda törədildikdə) sanksiyasında 14 ilə kimi həbs var.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv