Hərbi pilotlarımız səmada: Tapşırıqların icrasından GÖRÜNTÜLƏR

Hərbi pilotlarımız səmada: Tapşırıqların icrasından GÖRÜNTÜLƏR






presstv

"Presstv"az #Azərbaycan, #Hərbi Hava Qüvvələri, #təyyarə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) təyyarə və helikopter bölmələri təlim-məşq uçuşları həyata keçiriblər.

presstvaz xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əvvəlcə pilotların uçuşun şərtləri və təhlükəsizlik qaydaları barədə nəzəri bilikləri yoxlanılıb, daha sonra uçuş heyətləri təlimatlandırılıb.

Təlim-məşq uçuşları zamanı bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə havaya qalxma və yerə enmə, komanda-qərargah məntəqələri ilə qarşılıqlı əlaqədə hava və yerüstü hədəflərin aşkar edilməsi və digər fəaliyyətlər üzrə tapşırıqlar yerinə yetirilib.

Qeyd edək ki, təlim-məşq uçuşlarının əsas məqsədi aviasiya bölmələrinin döyüş hazırlığının və hərbi pilotların praktiki vərdişlərinin daha da artırılmasıdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv