Rubio: “Rusiya və ABŞ-nin qarşısında uzun yol var, lakin tərəflər irəliləyiş əldə ediblər”

Rubio: “Rusiya və ABŞ-nin qarşısında uzun yol var, lakin tərəflər irəliləyiş əldə ediblər”






presstv

"Presstv"az #ABŞ, #Alyaska, #Donald Tramp, #Rusiya, #Sergey Lavrov, #Ukrayna, #Vladimir Putin

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Rusiya və ABŞ-nin qarşısında uzun yol var, lakin tərəflər Alyaska sammiti zamanı irəliləyişə nail olublar”.

presstvaz-ın xəbərinə görə, bu sözləri ABŞ dövlət katibi Marko Rubio ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putin arasında Ankoricdə keçirilən danışıqlardan sonra “Birinci Kanal”a verdiyi şərhdə deyib.

“Biz hələ çox yol keçməliyik, lakin irəliləyiş əldə etmişik”, – deyə o bildirib.

Marko Rubio Alyaska danışıqlarının nəticələrinin Ukraynada sülh prosesinə təkan olub-olmaması ilə bağlı sualı da cavablandırıb.

“Biz buna ümid edirik, bunun üçün də görüşmüşdük”, – deyə o qeyd edib.

Dövlət katibi Rusiya və ABŞ liderləri arasında növbəti görüşün nə vaxt gözlənildiyini açıqlamasa da, bunun tezliklə baş tutacağına ümid etdiyini bildirib.

Xatırladaq ki, avqustun 15-də Putin və Tramp Alyaskadakı Elmendorf-Riçardson hərbi bazasında görüşüblər. Söhbət formatların dəyişdirilməsi də daxil olmaqla, üç saatdan çox davam edib: danışıqların keçiriləcəyi əsas yerə gedərkən yolda ABŞ liderinin limuzinində tet-a-tet və dar “üçün-üçə” tərkibində. Görüşdə, həmçinin Rusiya tərəfdən prezidentin köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrov, ABŞ tərəfdən isə dövlət katibi Marko Rubio və Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff da iştirak ediblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv