Alyaskaya Trampla birlikdə kimlər uçurlar? – Ağ Ev nümayəndə heyətinin yenilənmiş tərkibini açıqladı

Alyaskaya Trampla birlikdə kimlər uçurlar? – Ağ Ev nümayəndə heyətinin yenilənmiş tərkibini açıqladı






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Alyaska, #Donald Tramp, #Rusiya, #Vladimir Putin

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ağ Ev Rusiya ilə Alyaskada keçiriləcək sammit üçün ABŞ nümayəndə heyətinin yenilənmiş tərkibini açıqlayıb.

presstvaz-ın xəbərinə görə, bu barədə Ağ Evdən məlumat verilib.

Məlumata görə, ABŞ Administrasiyasının rəhbəri Donald Trampı Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Ankoric səfərində ABŞ dövlət katibi Marko Rubio, maliyyə və ticarət nazirləri Skott Bessent və Hovard Latnik, həmçinin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retklisf və xüsusi nümayəndə Stiven Uitkoff müşayiət edəcəklər.

Bundan əlavə, Trampın nümayəndə heyətinə ABŞ protokolunun rəhbəri Monika Krouli, Ağ Evin əməkdaşlar aparatının rəhbəri Syuzan Uayls, onun müavinləri Ceyms Bler, Bo Harrison, Den Skavino, kommunikasiyalar üzrə direktor, ABŞ prezidentinin katibi və köməkçisi Stiven Çunq, Karolin Levitt və Nik Luna da daxildirlər. Nəhayət, Trampın spiçrayteri (siyasi və ictimai xadimlərin, yüksəkrütbəli dövlət məmurlarının çıxışlarını yazan mütəxəssis, nitq müəllifi – red.) Ross Uortinqton və köməkçisi, Ağ Evin əməkdaşlar aparatının məsul katibi Uill Şarf onunla birlikdə Ankoricə uçurlar.

Qeyd edək ki, daha əvvəl ABŞ tərəfini Prezident Donald Tramp, vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio, xüsusi nümayəndə Stiv Uitkoff və maliyyə naziri Skott Bessent təmsil edəcəyi bildirilmişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv