“Ferenstvaroş” “Qarabağ”la oyuna ciddi itki ilə çıxacaq

“Ferenstvaroş” “Qarabağ”la oyuna ciddi itki ilə çıxacaq






presstv

"Presstv"az #"Qarabağ", #Avstraliya, #Bakı, #Bolqarıstan, #Macarıstan, #UEFA Çempionlar Liqası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Macarıstanın “Ferentsvaroş” komandası “Qarabağ”a qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarına itki ilə çıxacaq.

presstvaz xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Habib Mayqa zədəli olduğu üçün Budapeşt təmsilçisinin heyətindən çıxarılıb.

29 yaşlı dayaq yarımmüdafiəçisi Bolqarıstan “Ludoqorets”inə 3:0 hesabı ilə qalib gəldikləri III təsnifat mərhələsinin cavab görüşündə zədələnib.

Onu avstraliyalı yeni transfer Daniel Arzani əvəzləyib.

“Ferentsvaroş”un qışda “Qarabağ”dan transfer etdiyi Julio Romao da sifariş ərizəsinə daxil edilməyib. O, uzun müddətdir zədəlidir.

Qeyd edək ki, “Ferentsvaroş” və “Qarabağ” arasında avqustun 19-da “Qrupama Arena”da keçiriləcək ilk oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq cavab görüşünün start fiti saat 23:00-da çalınacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv