Biləsuvarda ölkənin ən böyük günəş elektrik stansiyası inşa olunur

Biləsuvarda ölkənin ən böyük günəş elektrik stansiyası inşa olunur






presstv

"Presstv"az #Azərbaycan, #Biləsuvar, #Çin, #Günəş, #İspaniya, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Biləsuvar rayonunda Azərbaycanın ən böyük günəş elektrik stansiyasının (GES) tikintisinə başlanılıb.

presstvaz xəbər verir ki, layihənin icrasında Çin, Türkiyə, İspaniya və digər ölkələrdən olan yüksəkixtisaslı mütəxəssislər iştirak edirlər. Eyni zamanda, Biləsuvar rayonundan olan 1 500 nəfər yerli əməkdaşın layihəyə cəlb olunması planlaşdırılır.

Qeyd edək ki, ümumi gücü 445 meqavat olacaq stansiyanın inşası məqsədilə dövlət mülkiyyətində olan və rayonun inzibati sərhədləri daxilində yerləşən 1454 hektar ərazi ayrılıb.

GES ölkədə bərpaolunan enerji istehsalının artırılmasına, enerji balansında təmiz enerji payının yüksəldilməsinə və yaşıl enerji siyasətinin inkişafına mühüm töhfə verəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv