İlham Əliyevlə Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub

İlham Əliyevlə Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub






presstv

"Presstv"az #ABŞ, #Azərbaycan, #Donald Tramp, #Ermənistan, #İlham Əliyev, #Məhəmməd Şahbaz Şərif, #Pakistan, #Təbrik, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifə zəng edib.

presstvaz AZƏRTAC-a istinadən bildirir ki, telefon söhbəti zamanı Pakistanın Baş nazirinin ölkəmizə səfəri, Laçında ikitərəfli, həmçinin Azərbaycan-Türkiyə-Pakistan formatında keçirilmiş üçtərəfli görüşlər, eyni zamanda, onun İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi Sammitində iştirakı məmnunluqla xatırlanıb.

Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində imzalanmış sənədlərin, xüsusilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri tərəfindən ABŞ Prezidentinin şahidliyi ilə imzalanan bəyyanamənin və digər sənədlərin regionda davamlı sülhün, sabitliyin və çiçəklənmənin təmin olunması baxımından əhəmiyyətinə toxunulub, bu nəticələrin əldə edilməsində ABŞ Prezidenti Donald Trampın xüsusi rolu qeyd olunub.

Məhəmməd Şahbaz Şərif əldə olunmuş razılaşmaların önəmini vurğulayıb və Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

Telefon söhbəti əsnasında iqtisadi, enerji, ticari və sərmayələr sahələrində ikitərəfli əlaqələrin daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv