Ödənişli təhsil alan tələbələr də təqaüd ALACAQLAR

Ödənişli təhsil alan tələbələr də təqaüd ALACAQLAR






presstv

"Presstv"az #İlham Əliyev, #Peşə təhsili, #Sərəncam, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Prezident İlham Əliyevin Sərəncamına əsasən, doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği artırılıb.

presstvaz-ın məlumatına görə, sərəncama münasibət bildirən elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli bildirib ki, təhsilin bütün səviyyələri və pillələrində tələbələrin təqaüdləri artırılıb.

"Bundan sonra tələbələrimiz daha yaxşı məbləğdə təqaüd alacaqlar", – o qeyd edib.

Nazirin müşaviri bildirib ki, təqaüdlər sonuncu dəfə 2023-cü ildə artırılıb:

"Bu tədris ilindən təqaüdlər yenidən artırılır. Xüsusilə, daha yaxşı akademik göstəricisi olan tələbələrimiz daha yüksək təqaüd ala biləcək. Bu da tələbələrimizin daha yaxşı təhsil almalarına şərait yaradacaq, təhsil imkanlarına müsbət təsir edəcək".

N.Məmmədli əlavə edib ki, akademik göstəricisindən asılı olaraq, ödənişli təhsil alan tələbələr də təqaüd alacaqlar./modern.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv