Maktomineyin uğurlu mövsümü “Napoli”ni hərəkətə keçirdi

Maktomineyin uğurlu mövsümü “Napoli”ni hərəkətə keçirdi






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İtaliyanın “Napoli” klubu Şotlandiya yığmasının ulduz yarımmüdafiəçisi Skott Maktomineylə olan müqaviləsini uzatmaq niyyətindədir.

presstvaz “Sky Sports”a istinadən xəbər verir ki, A Seriyası təmsilçisi şotlandiyalı oyunçuya 2030-cu ilin yayına qədər nəzərdə tutulan yeni sözləşmə təklif etməyi planlaşdırır.

Hazırda komandanın əsas simalarından birinə çevrilməsinə baxmayaraq, Maktominey klubun ən çox maaş alan beş futbolçusu siyahısında yer almır. Gözlənilir ki, rəhbərliyin təklif edəcəyi yeni müqavilə sayəsində bu maliyyə vəziyyəti onun xeyrinə dəyişəcək.

Xatırladaq ki, istedadlı yarımmüdafiəçi 2024-cü ilin yay transfer pəncərəsində “Mançester Yunayted”dən “Napoli”nin heyətinə qatılıb. Cari mövsüm ərzində o, neapolluların forması ilə çıxdığı 34 rəsmi matçda 10 dəfə rəqib qapılarına yol tapıb və dörd məhsuldar ötürmə ilə yadda qalıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv