Yeni epidemiya təhlükəsi – 5,6 milyard insan risk altındadır

Yeni epidemiya təhlükəsi – 5,6 milyard insan risk altındadır






presstv

"Presstv"az #Avropa, #Epidemiya, #Fransa, #İtaliya, #Keniya, #Somali, #Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ağcaqanadlar vasitəsilə yayılan "Çikungunya" virusunun sürətlə yayılması ilə bağlı ölkələri təxirəsalınmaz ehtiyat tədbirləri görməyə çağırıb. Təşkilat virusun 20 il əvvəl Hind okeanı regionunda baş vermiş böyük epidemiyaya bənzər bir təhlükə yaratdığını bildirib.

presstvaz xəbər verir ki, ÜST-nin texniki zabiti Diana Rojas Alvarez qeyd edib ki, "Çikungunya" virusu hələ geniş şəkildə tanınmasa da, indiyədək 119 ölkədə aşkarlanıb və bu, 5,6 milyard insanı risk altında qoyur. Virus yüksək hərarət və şiddətli oynaq ağrıları ilə müşayiət olunur, bəzi hallarda isə ölümlə nəticələnə bilir.

Alvarez xatırladıb ki, 2004-2005-ci illərdə Hind okeanı adalarında başlayan epidemiyada yüz minlərlə insan yoluxmuşdu. Onun sözlərinə görə oxşar vəziyyət 2025-ci ilin əvvəlindən etibarən yenidən yaranmağa başlayıb. Reunion, Mayotte və Mavrikiy adalarında kütləvi yoluxma qeydə alınıb. Reunion adasında əhalinin təxminən üçdə birinin virusa yoluxduğu bildirilir.

Hazırda virus Afrikanın Madaqaskar, Somali və Keniya kimi ölkələrinə yayılır. Yoluxma Cənubi Asiyada da müşahidə olunur. Üstəlik, Avropa ölkələri də təhlükə ilə üz-üzədir. Fransada artıq yerli ötürülmə təsdiqlənib, İtaliyada isə şübhəli hallar aşkar edilib.

Alvarez bildirib ki, ölüm halları hər nə qədər 1 faizdən az olsa da, virusun milyonlarla insana yoluxması minlərlə insanın həyatına son qoya bilər.

Çikungunya virusu əsasən Aedes aegypti və Aedes albopictus (pələng ağcaqanad) növləri ilə ötürülür. Bu ağcaqanadlar səhər və axşam saatlarında xüsusilə aktivdir. ÜST-nin açıqlamasına görə, iqlim dəyişikliyi bu növlərin şimal bölgələrinə yayılmasına səbəb olur. İmmuniteti zəif olan ərazilərdə virusun əhalinin 75 faizinə qədərini yoluxdura biləcəyi qeyd edilir.

ÜST əhalini ağcaqanad kovuculardan istifadə etməyə, su qablarını boş saxlamağa və ağcaqanadların çoxala biləcəyi mühitləri aradan qaldırmağa çağırıb. Təşkilat bu yolla yayılmanın qarşısını almağın mümkün ola biləcəyini vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv