İranlı qadın futbolçular Avstraliyada saxlanıldıqları yerdən təxliyə ediliblər

İranlı qadın futbolçular Avstraliyada saxlanıldıqları yerdən təxliyə ediliblər






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İranın qadın futbol yığmasının Avstraliyada sığınacaq istəyən üzvləri təhlükəsizlik məqsədilə saxlanıldıqları yer aşkar olunduğu üçün təxliyə ediliblər. Buna səbəb futbolçulardan birinin fikrini dəyişərək onların olduğu məkanı İran səfirliyinə bildirməsi olub.

presstvaz AFP-yə istinadən xəbər verir ki, bu barədə Avstraliyanın daxili işlər naziri Toni Berk açıqlamasında deyib.

Məlumata əsasən, milli komandanın yeddi üzvü Avstraliyadan sığınacaq istəyib. Onlar İranda dövlət himnini oxumaqdan imtina etdiklərinə görə vətənlərində “xain” adlandırılıblar. Lakin futbolçulardan biri İrana qayıtmağı seçən digər oyunçularla söhbətdən sonra mövqeyini dəyişib.

Nazirin sözlərinə görə, həmin idmançı Avstraliyadakı İran səfirliyi ilə əlaqə saxlayaraq digər sığınacaq istəyən futbolçuların yerləşdiyi məkanı açıqlayıb.

“Bunun nəticəsində İran səfirliyi onların hamısının harada olduğunu öyrəndi. Mən dərhal həmin şəxslərin başqa yerə köçürülməsi barədə göstəriş verdim və bu dərhal həyata keçirildi”, – deyə T.Berk bildirib.

Nazir əlavə edib ki, Avstraliya rəsmiləri fikrini dəyişən futbolçunun bu addımının öz qərarı olduğuna əmin olublar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv