"Snickers" və "Twix"in satışı dayandırılacaq – Bu ölkədə…

"Snickers" və "Twix"in satışı dayandırılacaq – Bu ölkədə…






presstv

"Presstv"az #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyanın ən böyük pərakəndə satış şəbəkələrindən biri olan "X5 Group" "Mars" şirkətinin məhsullarının – o cümlədən "Snickers", "Twix", "M&M's", "Orbit "və digər məşhur şirniyyat və saqqızların tədarükünü dayandırıb.

presstvaz xəbər verir ki, bu barədə RBC-yə şirkətə yaxın mənbə məlumat verib.

Pyaterochka və Perekrestok mağazalarına məhsulların çatdırılması artıq iyulun 23-dən dayandırılıb. Şirkət bu qərarını təchizatçının təklif etdiyi qiymətlərin "ədalətli bazar prinsiplərinə" uyğun gəlməməsi ilə əsaslandırıb.

"X5"in nümayəndəsi bildirib ki, hazırda anbarlarda olan ehtiyatlar sentyabr ayına qədər kifayət edəcək, daha sonra bu məhsullar oxşar alternativlərlə əvəz olunacaq. 

Mars şirkəti isə rəsmi olaraq tədarükün dayandırıldığını təsdiqləyib və tərəflər arasında razılığın əldə olunmamasını qeyd edib. 

Fidan
presstvaz

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv