Məleykə Abbaszadə: “Bu il ilk dəfə ADA Universitetinə dövlət sifarişi əsasında yerlər açılacaq”

Məleykə Abbaszadə: “Bu il ilk dəfə ADA Universitetinə dövlət sifarişi əsasında yerlər açılacaq”






presstv

"Presstv"az #Azərbaycan, #Məleykə Abbaszadə, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Bu il dövlət sifarişli yerlərin sayı 2 faiz artıb”.

presstvaz “Report”a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə deyib.

O bildirib ki, ali təhsil müəssisələrinə qəbul olunanların 46.69 faizi dövlət sifarişi ilə təhsil ala biləcək:

“Onların 53.31 faizi isə ödənişli əsaslarla təhsil alma şansı əldə edəcəklər”.

DİM sədri əlavə edib ki, bu il ilk dəfə ADA Universitetinə dövlət sifarişi əsasında yerlərin açılması nəzərdə tutulur:

“Abituriyent 4″ jurnalında plan yerləri barədə məlumatlar dərc ediləcək”.

M.Abbaszadə həmçinin vurğulayıb ki, dövlət sifarişli yerlərin yalnız 5-8 faizini rus bölməsinin abituriyentləri qazana bilirlər:

“Dövlət sifarişli yerlər üçün Azərbaycan və rus bölmələrinin abituriyentləri eyni zamanda müraciət edir. Azərbaycan bölməsi üzrə müraciət edənlərin sayı daha çox olduğu üçün bu yerlərin böyük əksəriyyətini həmin bölmə üzrə təhsil alanlar tutur”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv