Azərbaycan və Rumıniya Minifutbol Federasiyaları əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Azərbaycan və Rumıniya Minifutbol Federasiyaları əməkdaşlıq perspektivlərini müzakirə ediblər






presstv

"Presstv"az #Azərbaycan, #Futbol, #İdman, #Minifutbol, #Təbrik

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Minifutbol Federasiyasının icraçı vitse-prezidenti Taleh Nəsibov və vitse-prezident Azər Hüseynov Rumıniya Minifutbol Federasiyasının dəvəti ilə Buxarestdə keçirilən ölkə çempionatının final qarşılaşmasını izləyib.

presstvaz xəbər verir ki, tədbirdə Rumıniya Olimpiya İdman Komitəsinin baş katibi Corc Boroy və yerli Minifutbol Federasiyasının prezidenti İoan Oniçaş da iştirak ediblər.

Görüş zamanı tərəflər minifutbolun inkişafı, qarşılıqlı əməkdaşlıq imkanları və gələcək layihələr barədə fikir mübadiləsi aparıblar. Taleh Nəsibov həmkarını Rumıniya Minifutbol Federasiyasının ölkənin Olimpiya Komitəsinə tam üzv kimi qəbul olunması münasibətilə təbrik edib.

O bu addımın minifutbolun daha geniş kütlələrə çatmasına və beynəlxalq arenada mövqeyinin möhkəmlənməsinə töhfə verəcəyinə inandığını bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv