Fransada “Yeni Kaledoniya” adlı yeni dövlətin yaradılması barədə saziş imzalanıb

Fransada “Yeni Kaledoniya” adlı yeni dövlətin yaradılması barədə saziş imzalanıb






presstv

"Presstv"az #Fransa, #Hakim, #Yeni Kaledoniya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fransada “Yeni Kaledoniya” adlı yeni dövlətin yaradılması barədə saziş imzalanıb.

presstvaz xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Məlumata görə, Yeni Kaledoniyanın gələcəyini müzakirə edən rəqib siyasi hərəkatlar şənbə günü səhər Fransadan tam müstəqil olmayacaq yeni dövlətin yaradılması barədə razılığa gəldiklərini bəyan ediblər.

Nəşr qeyd edir ki, bu saziş sayəsində əraziyə muxtariyyət veriləcək. Sənədə əsasən, Yeni Kaledoniya üçün ayrıca vətəndaşlıq yaradılacaq və beynəlxalq münasibətlər sahəsində bəzi səlahiyyətlər yeni dövlətə ötürüləcək. Növbəti mərhələdə Fransa parlamentində səsvermə keçiriləcək və adalarda referendum təşkil olunacaq.

Xatırladaq ki, 2024-cü ilin yazında Yeni Kaledoniyada konstitusiyaya edilən dəyişikliklər – xüsusilə də miqrantlara seçki hüququnun verilməsi – kütləvi iğtişaşlara səbəb olmuşdu.

Qeyd edək ki, Yeni Kaledoniya Fransanın inzibati-ərazi qurumu, Sakit okeanda yerləşən arxipelaqdır. Burada ali hakimiyyət Fransa prezidenti tərəfindən təyin edilən ali komissarın, icra hakimiyyəti isə yerli hökumətin səlahiyyətindədir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv