Sosial xidmət müəssisələrindəki xidmətlərin keyfiyyətinə nəzarət üçün Monitorinq qrupu yaradılacaq

Sosial xidmət müəssisələrindəki xidmətlərin keyfiyyətinə nəzarət üçün Monitorinq qrupu yaradılacaq






presstv

"Presstv"az #Ailə, #Azərbaycan, #Bakı, #Bakı Şəhər İcra Hakimiyyəti, #Bələdiyyə, #Əli Əsədov, #Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN), #Hakim, #İdman, #Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, #Səhiyyə Nazirliyi, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sosial xidmət müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə və səmərəliliyinə nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənib.

presstvaz xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla sosial xidmət müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə və səmərəliliyinə nəzarətin həyata keçirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Monitorinq qrupu yaradacaq və ictimai əsaslarla fəaliyyət göstərəcək.

Monitorinq qrupunun tərkibinə ƏƏSMN-in, Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri daxil ediləcək.

Monitorinq qrupunun tərkibinə qrup üzvlərinin təklifi ilə bələdiyyələrin və nizamnamələrinə əsasən sosial xidmət sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri, mütəxəssislər və ekspertlər daxil edilə bilər.

presstvaz


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv