Daha 2 abidəmiz UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi

Daha 2 abidəmiz UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi






presstv

"Presstv"az #Azərbaycan, #Fransa, #Gəmi, #Ordubad, #Paris, #Qəbələ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fransanın paytaxtı Parisdə UNESCO-nun Baş Qərargahında Dünya İrsi Komitəsinin 47-ci sessiyası keçirilir.

presstvaz AZƏRTAC-a istinadən bildirir ki,  sessiyanın gündəliyinə uyğun olaraq, iyulun 11-də Dünya İrsinin İlkin Siyahısına təqdim olunan nominasiya fayllarının müzakirəsi aparılıb.

Azərbaycan tərəfindən təqdim olunmuş "Qədim Qəbələ şəhəri" və "Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi" UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilib.

Qeyd edək ki, Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcı hissəsində, 3725 metr yüksəklikdə yerləşən Gəmiqaya, Azərbaycan mədəniyyətinin ən qədim nümunələrindən biridir. Bu ərazi Tunc dövrünün müxtəlif mərhələlərinə, Dəmir dövrünə və Orta əsrlərə aid zəngin qayaüstü təsvirlərlə diqqət çəkir.

Tarixi mənbələrə əsasən, eramızdan əvvəl IV əsrdən etibarən Azərbaycanın iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynamış, eramızın I əsrindən yazılı mənbələrdə adıçəkilən Qədim Qəbələ Qafqaz Albaniyasının ilk paytaxtı olmuşdur. Təxminən 2500 illik tarixə malik bu şəhər uzun müddət regionun mühüm siyasi, iqtisadi və ticarət mərkəzlərindən biri olmuşdur.

Hər iki abidənin gələcəkdə UNESCO-nun Dünya İrsinin Əsas Siyahısına daxil edilməsi məqsədilə zəruri elmi və təşkilati işlər davam etdiriləcəkdir.

UNESCO-nun Baş Qərargahında Dünya İrsi Komitəsinin 47-ci sessiyası iyulun 16-dək davam edəcək.

presstvaz


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv