Vuçiç: “Dövlət etirazçılar üzərində qələbə qazandı”

Vuçiç: “Dövlət etirazçılar üzərində qələbə qazandı”






presstv

"Presstv"az #Aleksandar Vuçiç, #Serbiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Serbiya Prezidenti Aleksandar Vuçiç gecə saatlarında baş verən toqquşmalarda dövlətin etirazçılar üzərində qələbə qazandığını elan edib.

presstvaz TASS-a istinadla xəbər verir ki, Serbiya lideri bu barədə xalqa müraciəti zamanı Belqradda baş verən iğtişaşları şərh edərkən bildirib.

“Serbiya qalib gəldi, çünki bəzilərinin istədiyi kimi Serbiya zorakılıqla məğlub edilə bilməz. Serbiya dayanmayıb və heç vaxt dayanmayacaq”, – deyə Vuçiç qeyd edib.

Prezident, həmçinin bildirib ki, saxlanılanların heç birini əfv etmək niyyətində deyil. Onun sözlərinə görə, iğtişaşların iştirakçıları birbaşa vətəndaş qarşıdurmasına və polisə hücuma çağırış səsləndiriblər.

Serbiya Daxili İşlər Nazirliyinin məlumatına görə, iyunun 28-də keçirilən icazəsiz müxalifət aksiyasında 36 minə yaxın insan iştirak edib. Belqradda iğtişaşlar nəticəsində 48 polis əməkdaşı yaralanıb, 1-i azyaşlı olmaqla 77 nəfər saxlanılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv