Azərbaycanda keçiriləcək musiqi festivalının tərkibi dəyişdirildi

Azərbaycanda keçiriləcək musiqi festivalının tərkibi dəyişdirildi






presstv

"Presstv"az #Azərbaycan, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“DREAM FEST 2025” beynəlxalq musiqi festivalı iyulun 23-dən 26-dək yenilənmiş proqramla keçiriləcək.

presstvaz -ın xəbərinə görə, bu barədə Azərbaycanın Xalq artisti Emin Ağalarov “Instagram” səhifəsində məlumat verib.

“Azərbaycan Mədəniyyət Nazirliyinin 29 iyun tarixli məlumatı ilə əlaqədar tədbirin proqramında dəyişikliklər planlaşdırılır. Birinci və üçüncü günlərin işitirakçıları dəyişməz qalacaq, ikinci və dördüncü günlərdə isə təşkilatçılar yeni adlar təqdim edəcəklər” , – deyə o bildirib.

Ağalarov əlavə edib ki, lazım olarsa, biletlərin dəyişdirilməsi və qaytarılması bilet operatorlarının qaydalarına uyğun şəkildə mümkün olacaq.

Qeyd edək ki, Azərbaycan Mədəniyyət Nazirliyi ölkədə Rusiya ilə bağlı mədəni tədbirlərin ləğvi ilə bağlı bəyanat yayıb.

Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Yekaterinburqda azərbaycanlıların evlərinə basqın keçirib. Əməliyyat nəticəsində iki azərbaycanlı öldürülüb. Daha bir neçə nəfər saxlanılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv