Sumqayıtda iki nəfərin öldüyü partlayış baş verən binanın söküntüsünə başlanılıb

Sumqayıtda iki nəfərin öldüyü partlayış baş verən binanın söküntüsünə başlanılıb






presstv

"Presstv"az #Ailə, #Hadisə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sumqayıtda ötən il iki nəfərin öldüyü partlayış baş verən binada söküntü işlərinə start verilib.

presstvaz “Report”a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin rəyi əsasında 13-cü mikrorayonda yerləşən, 6 blokdan ibarət binanın yaşayış olmayan bir blokunda söküntü işləri aparılır.

Bildirilib ki, binanın üç blokunda yaşayış davam edir, digər üç blokda isə artıq altı aydır sakinlər yaşamır. Hazırda həmin üç blokdan birinin söküntüsü həyata keçirilir, digər iki blokda isə vəziyyətə baxış keçirildikdən sonra müvafiq qərar veriləcək.

Qeyd edək ki, 2023-cü il dekabrın 3-də adıçəkilən binada baş verən partlayış nəticəsində bir ailənin iki üzvü – 1977-ci il təvəllüdlü Ramin Zakir oğlu Əliyev və onun 2007-ci il təvəllüdlü oğlu Ayxan Ramin oğlu Əliyev həlak olub. Hadisə zamanı 2010-cu il təvəllüdlü Familə Ramin qızı Əliyeva xəsarət alaraq xəstəxanaya yerləşdirilmişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv