Alimlərdən həyəcan təbili: Pandemiya yarada biləcək iki yeni virus aşkarlandı

Alimlərdən həyəcan təbili: Pandemiya yarada biləcək iki yeni virus aşkarlandı






presstv

"Presstv"az #Araşdırma, #Bakteriya, #Çin, #COVID-19, #COVID-19 pandemiyası, #DNT, #Epidemiya, #pandemiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Çinin Yunnan vilayətində yerləşən Endemik Xəstəliklərə Nəzarət İnstitutunun tədqiqatçıları meyvə yarasalarında insan üçün son dərəcə təhlükəli sayılan “Nipah” və “Hendra” viruslarına genetik cəhətdən yaxın iki yeni virus aşkar ediblər. Alimlər bu virusların pandemiya potensialına malik olduğunu bildirirlər.

presstvaz xəbər verir ki, dörd il davam edən genişmiqyaslı araşdırmanın nəticələri nüfuzlu “PLOS Pathogens” elmi jurnalında dərc olunub.

Tədqiqatçılar Yunnan vilayətinin beş bölgəsində 10 müxtəlif növə aid 142 yarasanın böyrəklərini analiz ediblər. Yüksək məhsuldarlıqlı DNT ardıcıllığını təyinetmə metodları ilə aparılan tədqiqat nəticəsində 22 virus aşkar olunub ki, onlardan 20-si elm üçün tamamilə yenidir.

Xüsusi narahatlıq doğuran məqam isə onların içində “Henipavirus” cinsinə aid iki yeni virusun olmasıdır. Məhz bu virusa aid “Nipah” və “Hendra” virusları beyin iltihabı, ağciyər infeksiyaları və 75%-ə qədər ölüm riski ilə seçilirlər.

Xatırladaq ki, 1998-1999-cu illərdə Malayziyada baş verən “Nipah” virusu epidemiyası 100-dən çox insanın ölümünə, həmçinin bir milyon donuzun məhv edilməsinə səbəb olmuşdu.

Təhlükəni artıran başqa bir faktor isə bu virusların meyvə bağları və insan yaşayış məntəqələrinə yaxın ərazilərdə yaşayan meyvə yarasalarında aşkarlanmasıdır. Virusların yarasaların sidiyi ilə ötürülə bilməsi ehtimalını nəzərə alan tədqiqatçılar çirklənmiş meyvələr vasitəsilə insanlara keçmə riskinə diqqət çəkiblər.

Bundan əlavə, alimlər “Klossiella yunnanensis” adlı yeni ibtidai orqanizm, həmçinin onlardan biri “Flavobacterium yunnanensis” adlandırılan iki yeni bakteriya növü də aşkarlayıblar.

“Araşdırmamız ilk dəfə olaraq Çin yarasalarının böyrəklərində aşkar edilən yeni virusların tam genomunu deşifrə etməyə imkan verdi”, – deyə tədqiqatın müəllifləri qeyd edirlər.

Mütəxəssislər xüsusilə vəhşi heyvanların insanların yaxınlığında yaşadığı ərazilərdə zoonoz təhlükələrinin daimi monitorinqinin vacibliyini vurğulayırlar. COVID-19 pandemiyasının da ehtimal olunan yarasa mənşəyindən qaynaqlandığı nəzərə alınarsa, bu tip araşdırmaların yeni qlobal epidemiyaların qarşısını almaq baxımından həyati əhəmiyyət daşıdığı qeyd olunur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv