ABŞ-nin İranın nüvə obyektlərinə zərbəsindən sonra radioaktiv çirklənmə qeydə alınıb?

ABŞ-nin İranın nüvə obyektlərinə zərbəsindən sonra radioaktiv çirklənmə qeydə alınıb?






presstv

"Presstv"az #ABŞ, #Hərbi Hava Qüvvələri, #İran, #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İranın Nüvə Təhlükəsizliyi Mərkəzi ABŞ-ni İslam Respublikasındakı nüvə obyektlərinə zərbələr endirməkdə rəsmən ittiham edib.

presstvaz -ın xəbərinə görə, bu barədə İranın Atom Enerjisi Təşkilatının bəyanatında deyilir.

“ABŞ-nin Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə beynəlxalq hüquq və nüvə təhlükəsizliyi normalarını pozmaqla həyata keçirilən cinayətkar hücumundan sonra Mərkəz bu obyektlərin radioaktiv çirklənməsinə dair analiz aparıb”, – deyə bəyanatda qeyd olunub.

Əvvəlcədən lazımi tədbirlər görüldüyündən hücumdan sonra çirklənmə izləri qeydə alınmayıb. Ətraf ərazilərdə də əhali üçün təhlükə yoxdur.

Səudiyyə Ərəbistanının Nüvə Təhlükəsizliyinə və Radiasiya Fonuna Nəzarət üzrə Milli Komissiyası da ABŞ-nin İranın nüvə obyektlərinə zərbələrindən sonra açıqlama yayıb.

Komissiya “X” sosial şəbəkə hesabında bildirib ki, hücumlardan sonra Fars körfəzi ölkələrində radiasiya fonunda dəyişikliklər qeydə alınmayıb:

“Amerika hərbi qüvvələrinin İranın nüvə obyektlərinə zərbələri nəticəsində Səudiyyə Ərəbistanı və Fars körfəzi dövlətlərinin ətraf mühitinə radioaktiv təsir qeydə alınmayıb”.

Qeyd edək ki, iyunun 22-nə keçən gecə ABŞ Hərbi Hava Qüvvələri İranda Fordo, Natanz və İsfahan da daxil olmaqla üç nüvə obyektinə zərbələr endirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv