Amerikalı UFC döyüşçüsü arenaya məşhur meyxananın sədaları altında daxil olub

Amerikalı UFC döyüşçüsü arenaya məşhur meyxananın sədaları altında daxil olub






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Braziliya, #Qırğızıstan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ötən axşam “Baku Crystal Hall”da təşkil olunan “UFC Fight Night”da gecənin əsas kartında səbirsizliklə gözlənilən bir nömrəli döyüşün iştirakçısı Xalil Rauntri Bakıda yerli publikanı əməlli-başlı təəccübləndirib.

presstvaz xəbər verir ki, məşhur amerikalı UFC döyüşçüsü arenaya “Tı kto takoy” meyxanasının sədaları altında daxil olub.

Onun bu addımı UFC-nin azərbaycanlı azarkeşlərini bir xeyli coşdurub, yerli publikanın alqışını qazanıb.

Qeyd edək ki, “Baku Crystal Hall”da təşkil olunan bu döyüş gecəsində altısı əsas, altısı ilkin kartda olmaqla, 12 qarşılaşma keçirilib.

Azərbaycanlı döyüşçülərdən Rafael Fiziyev çilili İqnasio Baxamondeslə, Nazim Sadıxov braziliyalı Nikola Motta ilə, Tofiq Musayev qırğızıstanlı Mıktıbek Orolbay ilə üz-üzə gəliblər. Tofiqdən başqa digər iki həmyerlimiz rəqibinə qalib gəlməyi bacarıb.

Gecənin əsas döyüşü isə UFC-nin yarımağır çəkidə keçmiş çempionu Camal Hill ilə güclü Xalil Rauntri arasında baş tutub. X.Rauntri 5 raund davam edən əsas döyüşdə sonda üzü gülən tərəf olub.

Təhməz Əsədov


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv