Ulduz üçbucağında qalmaqal: Selena Qomes və Heyli Biber virtual əlaqəni kəsdilər

Ulduz üçbucağında qalmaqal: Selena Qomes və Heyli Biber virtual əlaqəni kəsdilər






presstv

"Presstv"az #Ailə, #Sosial şəbəkələr

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Məşhur ifaçı Selena Qomes və model Heyli Biber sosial şəbəkələrdə bir-birilərini izləməyi dayandırıblar. Bu addım isə Castin Biber və Heyli Biber arasında yayılan boşanma şayiələrini bir qədər də alovlandırıb.

presstvaz xəbər verir ki, bu barədə məlumatı “Tribune” nəşri yayıb.

Bildirilir ki, Qomes və Biber bu dəyişikliklə bağlı heç bir rəsmi açıqlama verməsələr də, sosial media istifadəçiləri baş verənləri təsadüf hesab etmirlər.

Pərəstişkarların fikrincə, bu addım Heyli ilə reper Castin Biber arasında yaşanan gərginliklərin və yayılmış xəyanət iddialarının təsiri ilə atılıb. Xatırladaq ki, bir müddət əvvəl Castin Biber Heylini xəyanətdə ittiham etmişdi.

Qeyd edək ki, Selena Qomes 2010-2018-ci illər ərzində məşhur müğənni Castin Biberlə münasibətdə olub. Bu illər ərzində cütlük dəfələrlə ayrılıb və barışıb, lakin münasibətləri sonda birdəfəlik başa çatıb. Daha sonra Castin Heyli Biberlə ailə qurub və bu nikahdan cütlüyün bir övladı dünyaya gəlib.

Selena Qomesin şəxsi həyatı da gündəmdən düşmür. Bu il o, musiqiçi və prodüser Benni Blanko ilə nişanlandığını açıqlayıb. Lakin Qomesin etirafına görə, bu qərarı vermək onun üçün asan olmayıb – o, uzun illər Castinlə yaşadığı münasibətin kölgəsindən çıxa bilmədiyini və nişanı aylarla təxirə saldığını bildirib. İfaçı həmçinin əlavə edib ki, bəzi insanlar onu Castinin ata olması fonunda diqqət çəkməyə çalışmaqda ittiham edə bilərlər deyə narahatlıq keçirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv