ABŞ sakini masajdan sonra ömürlük iflic qalıb: Ancaq gözlərini hərəkət etdirə bilir

ABŞ sakini masajdan sonra ömürlük iflic qalıb: Ancaq gözlərini hərəkət etdirə bilir






presstv

"Presstv"az #ABŞ, #Ailə, #Dollar, #Həkim, #Səhlənkarlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-də 34 yaşlı Conatan adlı kişi boyun ağrılarından xilas olmaq üçün masaj seansına yazılıb. Lakin prosedur zamanı o, gözlənilmədən insult keçirib. Həkimlər bu halı dərhal müəyyən edə bilməyiblər və diaqnozun gecikməsi nəticəsində kişi iflic vəziyyətinə düşüb.

presstvaz xəbər verir ki, bu barədə “LADbible” nəşri məlumat yayıb.

Məlumata əsasən, Conatan boyun nahiyəsindəki ağrılardan əziyyət çəkdiyi üçün manual terapevtə müraciət edib. Seans zamanı qəfil başı gicəllənib və o, ətraf mühitə reaksiya verməyi dayandırıb. Kişi təcili şəkildə Corciya ştatındakı Nort-Fulton xəstəxanasına yerləşdirilib. Lakin həkimlər ilkin mərhələdə düzgün diaqnoz qoya bilməyiblər. Daha sonra müəyyən olunub ki, Conatan beyin sapında (beynin aşağı hissəsində yerləşən və beyinlə onurğa beyni arasında əlaqəni təmin edən hissə) ağır insult keçirib.

Diaqnozun gec qoyulması səbəbindən o, insultun müalicəsində həyati əhəmiyyət daşıyan qiymətli vaxtı itirib. Pasiyentdə qapalı insan sindromu yaranıb – şüuru açıq olsa da, bədəninin hərəkət funksiyalarını tamamilə itirib və yalnız gözlərini hərəkət etdirə bilir.

Conatanın vəkili bildirib ki, həkimlər rentgen görüntülərini düzgün şərh etməyiblər və aydın simptomlara baxmayaraq, insult ehtimalına dair tibbi protokollara əməl olunmayıb. Onun ailəsi manual terapevti, xəstəxananı və bir neçə həkimi məhkəməyə verib.

Məhkəmə iki həkimi həddindən artıq səhlənkarlıqda təqsirli bilib və Conatana 75 milyon dollar təzminat ödənilməsinə qərar verib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv