Bonn Sessiyasının gündəliyi Azərbaycanın vasitəçilik səyləri ilə təsdiqlənib

Bonn Sessiyasının gündəliyi Azərbaycanın vasitəçilik səyləri ilə təsdiqlənib






presstv

"Presstv"az #Almaniya, #Azərbaycan, #Braziliya, #İqlim dəyişikliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Almaniyanın Bonn şəhərində BMT-nin İqlim üzrə Subsidiar Orqanlarının 62-ci Sessiyası (SB62) öz işinə başlayıb.

presstvaz xəbər verir ki, Bonn Sessiyasının əsas məqsədi Braziliyanın Belem şəhərində keçiriləcək COP30 konfransına hazırlıqdır.

Sessiya çərçivəsində diqqət çəkən əsas məqamlardan biri gündəliyin təsdiqi prosesi olub.

Konfransın işini iki gün gecikdirən bu məsələ, nəhayət, Azərbaycan nümayəndə heyətinin Braziliyaya göstərdiyi dəstək sayəsində öz həllini tapıb. Gündəliyin, qarşıdan gələn COP30-a ev sahibliyi edəcək ölkə kimi Braziliya tərəfindən razılaşdırılması nəzərdə tutulsa da, Braziliya tərəfinin müraciəti əsasında Azərbaycan nümayəndə heyəti bütün tərəflərlə intensiv danışıqlar aparıb və nəticədə gündəlik qəbul olunub.

COP30-un baş icraçı direktoru Ana Amelia Kampos Toni və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Katibliyi Azərbaycanın göstərdiyi dəstəyə görə minnətdarlıq ifadə ediblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv