DİN küçə ticarəti ilə bağlı vətəndaşlara müraciət etdi

DİN küçə ticarəti ilə bağlı vətəndaşlara müraciət etdi






presstv

"Presstv"az #Avto, #avtomobillər, #Hadisə, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Daxili İşlər Nazirliyi küçə ticarəti ilə bağlı vətəndaşlara müraciət edib.

presstvaz xəbər verir ki, müraciətdə deyilir:

“Nəqliyyatın hərəkətinin intensiv olduğu yollarda küçə ticarətinin həyata keçirilməsinin yolverilməzliyi haqda dəfələrlə xəbərdarlıq edilməsinə və görülən inzibati tənbehlərə baxmayaraq, son dövrlər yol kənarlarında müxtəlif məhsulların satışının artdığı müşahidə olunur.

İlk baxışda sadə ticarət forması kimi görünən bu cür fəaliyyətlər əslində vətəndaşların həm özləri, həm alıcılar, həm də yol hərəkətinin digər iştirakçıları üçün real təhlükə mənbəyidir. Nəqliyyat axınının intensiv və sürətli olduğu yollarda avtomobillərin dayanması, insanların yola çıxması da sürücü və piyadalar üçün ciddi risklər doğurur, eyni zamanda ağır yol-nəqliyyat hadisələrinə səbəb olur.

Nəzərə alınmalıdır ki, yollar yalnız nəqliyyat vasitələri üçündür, bu yerlərdə ticarət məqsədilə dayanma və piyadaların hərəkəti qadağandır. Küçə ticarətinin yay mövsümü ilə əlaqədar insanların bölgələrə istirahətə üz tutduğu bir şəraitdə aparılması isə daha böyük təhdidlər yaradır və belə hallarda baş vermiş yol-nəqliyyat hadisələri faciə ilə nəticələnir.

Xahiş edirik ki, ticarət fəaliyyətinizi yalnız müvafiq dövlət qurumlarının müəyyən etdiyi yerlərdə həyata keçirəsiniz. Bir daha qanunvericiliyin tələblərinə riayət etməyə, özünüzün və başqalarının həyatını təhlükəyə atmamağa çağırırıq”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv