“Təhsildə Qiymətləndirmə və İnkişaf Forumu” keçiriləcək

“Təhsildə Qiymətləndirmə və İnkişaf Forumu” keçiriləcək






presstv

"Presstv"az #Təhsil, #Yazıçı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ölkəmizdə 8 iyun 2025-ci il tarixində “Ritz Carlton”da təhsildə qiymətləndirmə sahəsinə dair “Təhsildə Qiymətləndirmə və İnkişaf Forumu” keçiriləcək. Tədbir Müstəqil Qiymətləndirmə Mərkəzi (MQM) tərəfindən təşkil olunur.

Forumun əsas məqsədi – təhsil müəssisələri və hazırlıq kursları ilə daha sıx əməkdaşlığın qurulması, sınaq imtahanlarında mövcud texnoloji imkanların təqdim olunması və nəticələrin obyektiv şəkildə ölçülməsi üzrə yeni yanaşmaların paylaşılmasıdır.

Tədbir “Təhsildə Birləşən Həllər” devizi altında baş tutacaq və 150-yə yaxın yerli təhsil şirkətini bir araya gətirəcək. Tədbir iştirakçıları MQM-in fəaliyyət sahəsi ilə daha yaxından tanış olacaq, platformanın funksionallığı və üstünlükləri barədə ətraflı məlumat alacaqlar.

Forum çərçivəsində sınaq imtahanlarında müasir yanaşmalar və texnologiyalar, qiymətləndirmədə obyektivlik və şəffaflıq prinsipləri, təhsil müəssisələri ilə strateji əməkdaşlıq modelləri, nəticələrin təhlili və qərarvermədə istifadəsi, potensial müştərilər üçün sistem təqdimatı və demosessiyalar kimi mövzular müzakirə olunacaq.

Tədbirin formatı beynəlxalq praktikaya uyğun şəkildə təşkil olunacaq və iştirakçılara həm peşəkar bilik, həm də interaktiv təcrübə qazandıracaq.

Davos üslubunda panel və sessiyalar: Müxtəlif sahə ekspertləri ilə açıq müzakirələr və moderatorlu dialoqlar

Keynote çıxışlar: Təhsildə innovasiyalar, texnologiyalar və idarəetmə modelləri üzrə ilhamverici təqdimatlar

Tədbir çərçivəsində tanınmış yazıçı və publisist Aqşin Yenisey “Aydın Baxış” adlı təqdimatla çıxış edəcək. Həmçinin, Müstəqil Qiymətləndirmə mərkəzinin icraçı direktoru Ceyhun Ağakişiyev “Sınaqdan İnkişafa” adlı təqdimatla Müstəqil Qiymətləndirmə Mərkəzinin keçdiyi inkişaf yolunu – qurumun formalaşmasından bu günə qədərki fəaliyyətini və gələcək perspektivlərini iştirakçılarla paylaşacaq.

Bundan əlavə, sahə üzrə peşəkar təlimçi Sarvan Aslanov tərəfindən “Təhsil sahəsində idarəetmə və effektiv satış bacarıqları” mövzusunda praktikyönümlü seminar təşkil olunacaq. Seminar iştirakçılara təhsil sektorunda rəhbərlik və satış strategiyalarına dair dəyərli biliklər qazandırmağı hədəfləyir.

Tədbirin ən mühüm hissələrindən biri isə “Təhsildə qiymətləndirmə və inkişaf” mövzusuna həsr olunmuş panel müzakirəsi olacaq. Panelin moderatoru Turan Cəfərova, spikerlər isə öz sahələrində böyük təcrübəyə malik mütəxəssislər – İlqar Ağakişiyev, Yalçın İsmayılzadə və Elşad Yunusov olacaq. Panel müzakirəsində təhsildə qiymətləndirmənin mövcud vəziyyəti, çətinlikləri və inkişaf imkanları geniş şəkildə analiz ediləcək.

Təhsil sahəsində fəaliyyət göstərən bütün qurumlar üçün mühüm əməkdaşlıq imkanları təqdim edəcək bu forum, həmçinin təhsildə innovasiyaların təşviqi və qiymətləndirmənin gələcəyinə dair yol xəritəsinin müəyyən olunmasına da töhfə verəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv