Kosmosdan gələn siqnallar: Alimlər sirli obyekt aşkarladılar

Kosmosdan gələn siqnallar: Alimlər sirli obyekt aşkarladılar






presstv

"Presstv"az #Kosmos, #Qalaktika, #Yer kürəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Astronomlar Yer üzərindəki ASKAP radioteleskopu və “Çandra” rentgen teleskopu vasitəsilə kosmosda indiyə qədər müşahidə olunmamış qəribə obyekt aşkarlayıblar.

presstvaz xəbər verir ki, bu barədə Space.com məlumat yayıb.

Qeyd olunur ki, sözügedən obyekt həm radiodalğalar, həm də rentgen şüaları yayır. Alimlər onun təbiətini hələ tam dəqiqliklə izah edə bilmirlər.

Bu qəribə obyektə “ASKAP J1832-0911” adı verilib. O, Yer kürəsindən 15 min işıq ili uzaqlıqda, Süd yolu qalaktikasında yerləşir. Obyekt hər 44 dəqiqədən bir 2 dəqiqəlik impulslar şəklində həm radiodalğalar, həm də yüksək enerjili rentgen şüaları göndərir.

“ASKAP J1832-0911” adlı obyekt “uzunperiodlu tranzientlər” kateqoriyasına daxildir. Bu tip obyektlər ilk dəfə cəmi üç il əvvəl aşkar olunub və indiyə qədər onların cəmi 10 nümunəsi məlumdur. Lakin bu yeni obyekt şüalanmanın intensivliyi və kombinasiyası baxımından digərlərindən fərqlənir.

Alimlər ehtimal edirlər ki, bu obyekt ya ulduzların təkamülünün yeni bir forması, ya da indiyədək məlum olmayan fiziki proseslərin təzahürü ola bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv