“Google Maps”dəki nasazlıq üç ölkədə insanları çaşqınlığa saldı

“Google Maps”dəki nasazlıq üç ölkədə insanları çaşqınlığa saldı






presstv

"Presstv"az #Almaniya, #Apple, #Araşdırma, #Avto, #Belçika, #Google, #Hadisə, #Hakerlər, #Nəqliyyat, #Niderland

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Google Maps” xidmətindəki nasazlıq səbəbindən tətbiq Almaniyanın qərbində, həmçinin Belçika və Niderlandın bəzi bölgələrində avtomobil yollarının kütləvi bağlandığını göstərib.

presstvaz xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat verib.

Qeyd olunur ki, əslində nəqliyyatın hərəkəti pozulmayıb. “Apple Maps” və ya “Waze” kimi digər naviqasiya proqramlarında yolların kütləvi bağlanması müşahidə olunmayıb.

Nasazlığın texniki xəta, yoxsa hakerlər tərəfindən məlumat bazasına qəsdən müdaxilə nəticəsində baş verdiyi hələlik məlum deyil. “Google”un nümayəndəsi bildirib ki, şirkət hazırda insidentlə bağlı daxili araşdırma aparır.

O vurğulayıb ki, “Google Maps”ə məlumatlar müxtəlif mənbələrdən daxil olur, xəritələr müntəzəm olaraq yenilənir, lakin yeniləmənin sürəti fərqli ola bilər.

Qeyd edək ki, bu, ilk belə hadisə deyil. Bir neçə həftə əvvəl “Google Maps” Türingiya əyalətində bir neçə tunelin yanlış olaraq bağlı göstərildiyi zaman çaşqınlığa səbəb olmuşdu.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv