İlon Maskın Ağ Evlə dostluğunu maraq məhv edib: Milyarder hansı gizli məlumatı əldə etmək istəyib?

İlon Maskın Ağ Evlə dostluğunu maraq məhv edib: Milyarder hansı gizli məlumatı əldə etmək istəyib?






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Çin, #Donald Tramp, #İlon Mask, #Müharibə, #Münaqişə, #Tesla

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Trampın keçmiş strateqi Stiv Bennon iş adamı İlon Mask ilə Ağ Ev arasında münasibətlərin pozulmasının səbəblərini açıqlayıb.

presstvaz xəbər verir ki, bu barədə “Daily Mail” nəşri yazı dərc edib.

Stiv Bennonun sözlərinə görə, münaqişə Maskın Pentaqonun Çinlə hipotetik müharibə ilə bağlı gizli hərbi planlarına çıxış əldə etmək cəhdləri səbəbindən başlayıb. Bennon “Tesla” rəhbəri Maskı sıfırdan yaradılmış MAGA (“Make America Great Again” – “Amerikanı yenidən möhtəşəm edək”) siyasi hərəkatına müdaxilə edən elitar autsayder adlandırıb.

Bennonun bildirdiyi kimi, Tramp Maska məxfi sənədləri göstərməkdən imtina edib və bu zaman vəziyyət dəyişib. Bu, onların münasibətlərində dönüş nöqtəsi olub. Prezident Maska hərbi planlara çıxış imkanının verildiyi ilə bağlı yayılan şayiələri təkzib edib və vurğulayıb ki, bu cür məlumatları özünün “Tesla” və “SpaceX” şirkətləri vasitəsilə Çinlə əlaqəsi olan bir iş adamına göstərmək olmaz.

Tramp qeyd edib ki, Maskın Pentaqonu ziyarət etməsi xərclərin araşdırılması ilə bağlı olub, hərbi sirlərlə deyil. Müdafiə naziri Pit Heqset əlavə edib ki, Maskın sənədlərə çıxışı ilə bağlı şayiələr onun nüfuzuna xələl gətirmək üçün yayılıb.

Öz populist baxışları ilə tanınan Bennon Maskı kəskin şəkildə tənqid edərək onu “qlobalist” və “parazit” adlandırıb. O, Maskın MAGA-nın gələcəyinə təsir edə biləcəyindən narahatlığını dilə gətirib. Buna baxmayaraq, Tramp tərəfləri barışdırmağa çalışıb, lakin onların arasında görüş heç cür baş tutmayıb.

Gərginlik Mühafizəkarların Siyasi Fəaliyyət Konfransı (CPAC) zamanı öz pik nöqtəsinə çatıb, burada hər ikisi ayaqda alqışlanıb, lakin Bennon xatırladıb ki, MAGA hərəkatı ayrı-ayrı fərdlərdən daha vacibdir.

Nadir hallarda hücumlara cavab verən İlon Mask bir dəfə Stiv Bennonu real hərəkətə keçmək qabiliyyəti olmayan “boşboğaz” adlandırıb. Bennon isə əmin edir ki, Maskla mübarizəni şəxsi düşmənçilik deyil, ideologiya məsələsi hesab edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv