Yatmazdan əvvəl çimənlərin nəzərinə! – Mikrobioloq xəbərdarlıq etdi

Yatmazdan əvvəl çimənlərin nəzərinə! – Mikrobioloq xəbərdarlıq etdi






presstv

"Presstv"az #ABŞ, #Allergiya, #Araşdırma, #Bakteriya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bəziləri üçün səhər duş qəbul etmək ayılmaq və təmiz başlanğıc deməkdirsə, digərləri üçün axşam çimdikdən sonra yatağa girmək rahatlığın rəmzidir.

presstvaz nypost-a istinadən xəbər verir ki, ABŞ-də aparılan araşdırmalara görə böyüklərin 42 faizi səhər duş qəbul edir, 25 faizi isə axşam yuyunmağa üstünlük verir.

Britaniyalı klinik mikrobioloq Dr. Primrose Freestone bu məsələ ilə bağlı dəqiq fikir yürüdüb. O bildirir ki, gün ərzində bədənə toz, kir, allergenlər və yağ toplanır. Bunlar isə bakteriyaların artması üçün şərait yaradır və dərinin mikrobiomunu poza bilər. Axşam duş qəbul etmək bu çöküntüləri yatağa daşımamaq üçün faydalı sayılsa da, bu, problemin tam qarşısını almır. Freestone qeyd edir ki, insanlar gecə yatarkən tərləyir və bu tərləmə bakteriyaları daha da çoxaldır.

Üstəlik, dərimiz hər gün 1,5 qram – yəni yarım çay qaşığına yaxın ölü dəri hüceyrəsi tökür. Bu qalıqlar isə yataqda toplanaraq toz gənələrinin qidasına çevrilir. Gənələrin özləri dişləməsə də, onların nəcisi allergiya və astma simptomlarını ağırlaşdıra bilər.

Mütəxəssislər səhər duşunun, gecə yığılan bakteriya və qoxuya səbəb olan tərdən azad olmağa kömək etdiyini, bunun da insanın gün boyu daha təmiz və təravətli qalmasını təmin etdiyini deyirlər. Amma burada əsas məsələ duşun vaxtından çox, yataq dəstinin təmizliyidir.

Freestone-un fikrincə, istər səhər, istər axşam duş qəbul edin, vacib olan odur ki, yataq dəstinizi həftədə bir dəfə, yay aylarında isə daha tez-tez yuyasınız. Ev heyvanlarınız varsa və ya allergiyadan əziyyət çəkirsinizsə, bu interval 3-4 günə qədər endirilməlidir. /milli.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv