Simion dörd ölkəni Rumıniyada seçkiyə müdaxilədə ittiham etdi

Simion dörd ölkəni Rumıniyada seçkiyə müdaxilədə ittiham etdi






presstv

"Presstv"az #Avropa, #Emmanuel Makron, #Fransa, #İspaniya, #Konstitusiya Məhkəməsi, #Moldova, #Polşa

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rumıniyada keçirilən prezident seçkisinə müdaxilədə və müstəqil namizəd Nikuşor Danın qələbəsinin təmin edilməsi prosesində azı dörd ölkə iştirak edib.

presstvaz xəbər verir ki, bu barədə “Rumınların birliyi uğrunda Alyans”ın lideri Corc Simionun Konstitusiya Məhkəməsinə verdiyi şikayət və seçkinin ləğv edilməsi tələbində bildirilir.

Seçkidə uduzan siyasətçinin şikayətinə əsasən, müdaxilə Fransa, Polşa, Moldova və İspaniya tərəfindən həyata keçirilib. Keçmiş prezidentliyə namizəd seçicilərə təsir göstərmək dedikdə bu ölkələrin siyasətçilərinin ictimai çıxışlarını nəzərdə tutur, çünki onun sözlərinə görə, bu, səsvermənin nəticələrinə təsir edib.

Məsələn, Fransa prezidenti Emmanuel Makron seçkinin Rumıniyanın düzgün Avropa yolu üçün son dərəcə vacib olduğunu bildirib və Dana səs verməyə çağırıb.

Xatırladaq ki, mayın 18-də Rumıniyada keçirilən prezident seçkisində Buxarestin meri Nikuşor Dan 53.6 faiz səs toplayaraq qalib gəlib. Onun rəqibi Corc Simion 46.4% səs toplayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv