“OpenAI” smartfon anlayışından fərqli cihaz yaratmaq üçün “io” startapını aldı

“OpenAI” smartfon anlayışından fərqli cihaz yaratmaq üçün “io” startapını aldı






presstv

"Presstv"az #ABŞ, #ABŞ dolları, #Ailə, #Apple, #Dollar, #iPhone, #OpenAI, #Smartfon, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Süni intellekt sahəsində qabaqcıl şirkətlərdən biri olan “OpenAI” “Apple”ın sabiq baş dizayneri Conatan Ayva məxsus “io” adlı texnologiya startapını 6.4 milyard ABŞ dollarına satın alır.

presstvaz xəbər verir ki, bu barədə məlumatı CNBC yayıb.

Bildirilir ki, “io” şirkəti süni intellekt texnologiyası əsasında tamamilə yeni nəsil cihazlar hazırlamaq məqsədi ilə yaradılıb. Alqı-satqı razılaşmasından sonra Conatan Ayv həm “OpenAI”, həm də “io” komandasında yaradıcı və dizayn işlərinə rəhbərlik edəcək.

“OpenAI”AG-nin açıqlamasında bildirilir ki, məqsəd AGI – Ümumi Süni İntellekt dövrü üçün çoxfunksiyalı və innovativ məhsullar ailəsi yaratmaqdır. Şirkət bu sahədə dünyada ən nüfuzlu dizaynerlərdən biri hesab olunan Ayvın təcrübəsinə güvənir.

Xatırladaq ki, Conatan Ayv “Apple”da çalışdığı dövrdə “iPod”, “iPhone”, “iPad” və “MacBook Air” kimi məşhur məhsulların dizayn prosesinə rəhbərlik edib. O, 2019-cu ildə “Apple”dan ayrılıb və özünün “LoveFrom” adlı dizayn studiyasını yaradıb. Ayv bundan sonra da “LoveFrom” layihələri üzərində işləməyə davam edəcək.

Qeyd edək ki, “OpenAI” komandası hazırda ənənəvi smartfon anlayışından fərqli olan, gələcəyin texnologiyalarına uyğun tamamilə yeni bir cihaz üzərində işləyir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv