“Nar”ın dəstəyi ilə Azərbaycanda biznesə dair ilk “B4B” kitabı təqdim olundu

“Nar”ın dəstəyi ilə Azərbaycanda biznesə dair ilk “B4B” kitabı təqdim olundu






presstv

"Presstv"az #Abbas Abbasov, #Azərbaycan, #Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), #Bakı, #Coca-cola, #Kitab, #Toyota

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Nar”ınsil müəssisələrində tələbələrə təqdim edilib. Kitab müasir biznesin idarə olunmasına dair praktik yanaşmalar, strateji planlaşdırma və innovativ inkişaf yollarını əhatə edir. Müəlliflər Abbas Abbasov və Vladimir Klimov nüfuzlu Stokholm İqtisadiyyat Məktəbinin məzunlarıdır. Kitabda təqdim edilən ideyalar da məhz bu ali məktəbdə aparılmış tədqiqat və təcrübələrə əsaslanır. dəstəyi ilə Azərbaycanda ilk dəfə olaraq “B4B: Business for Business” adlı kitab nəşr olunub və bir sıra ali təh

Kitabın təqdimatları Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Bakı Mühəndislik Universitetində keçirilib. Görüşlərdə iqtisadiyyat və biznesin idarə edilməsi fakültələrinin 200-ə yaxın tələbə və müəllimi iştirak edib. Müəlliflər oxucularla birbaşa ünsiyyət quraraq nəşrin əsas ideyalarını və onların praktik tətbiq imkanlarını müzakirə ediblər.

“B4B” və ya “Business for Business” müasir idarəetmə konsepsiyası kimi şirkətin işgüzar tərəfdaşları ilə sıx əməkdaşlığa, innovasiyalar üzərində birgə fəaliyyətə və nəticədə daha davamlı və sürətli inkişafa əsaslanır. Bu yanaşma kitabda “Toyota”, “Procter & Gamble”, “Coca-Cola”, “IKEA” və digər dünyaca məşhur şirkətlərin nümunələri əsasında aydın və praktik şəkildə izah olunur. Nəşr sahibkarlar, menecerlər və biznesə yeni başlayanlar üçün dəyərli bir bələdçi rolunu oynayır.

“Nar”ın bu təşəbbüsə dəstəyi şirkətin maarifləndirmə və gənclərin inkişafına yönəlmiş sosial məsuliyyət strategiyasının davamıdır. Mobil operator gənclərin bilik və bacarıqlarının artırılmasına xidmət edən layihələrə daim önəm verir.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.





Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv