İqlim dəyişikliyi ilə mübarizə sahəsində problemlərin həlli üçün istilik xəritəsi hazırlanır?

İqlim dəyişikliyi ilə mübarizə sahəsində problemlərin həlli üçün istilik xəritəsi hazırlanır?






presstv

"Presstv"az #Ailə, #Fermerlər, #İqlim dəyişikliyi, #Məişət zorakılığı, #Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, #Sağlamlıq, #Stres

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Kənd təsərrüfatı və resurslara çıxış istiqamətində qadınların dayanıqlı texnologiyalar və resurslardan istifadə imkanlarını artırmaq üçün hüquqi dəstək proqramlarının yaradılması təklif edilir.

presstvaz xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatında əksini tapıb.

Dövlət Komitəsi iqlim dəyişikliyi, sosial xidmətlər, gender bərabərliyi və iqtisadi dayanıqlılıq kimi sahələrdəki əsas problemlərin həllinə yönələn tövsiyələrlə çıxış edib. Sənəddə qeyd olunub ki, iqlim dəyişikliyi ilə mübarizə sahəsində məlumatlılığın artırılması və problemlərin effektiv həlli üçün istilik xəritəsinin (“heat map”) hazırlanması tövsiyə olunur.

Bu xəritə iqlim dəyişikliyinin bölgələr üzrə təsvirini təmin edərək, daha dəqiq strategiyaların hazırlanmasına imkan yaradacaq. Həmçinin su resurslarının idarə edilməsi və kənd təsərrüfatında qadın fermerlərə icma dəstəyi təşəbbüsləri də bu istiqamətin bir hissəsidir. Sosial dayanıqlılıq və sağlamlıq xidmətləri üzrə qadınların keyfiyyətli səhiyyə xidmətlərinə daha asan çıxışını təmin etmək üçün kənd yerlərində xidmətlərin əlçatanlığının artırılması və təcili yardımın gücləndirilməsi tövsiyə olunur.

Eyni zamanda, iqlim dəyişikliyinin yaratdığı stres və psixoloji təsirlərlə mübarizə üçün psixoloji dəstək xidmətlərinin qurulması da vacibdir. İqlim dəyişikliyinə qarşı dayanıqlılıq sahəsində qadınların maarifləndirilməsi və onların resurslara bərabər olaraq çıxışını təmin edən proqramların tətbiqi ön plandadır. İqlim dəyişikliyinə qarşı mübarizə strategiyalarında qadınların ehtiyaclarını nəzərə alan həssas yanaşmaların hazırlanması və fəlakətlər zamanı xüsusi təlimlərin keçirilməsi də tövsiyələr sırasındadır. Gender bərabərliyi və iştirakçılıq istiqamətində qadınların qərar qəbuletmə proseslərində daha geniş iştirakını təmin etmək, onların təmsilçiliyini artırmaq üçün tədbirlərin həyata keçirilməsi, məişət zorakılığı hallarının erkən aşkarlanması və gender bərabərliyini təşviq edən maarifləndirmə kampaniyalarının təşkili təklif olunur. Bu yanaşmalar həm qadınların hüquqlarını qorumağa, həm də gender bərabərliyi ilə bağlı müsbət dəyişikliklərə töhfə verəcəkdir.

İllik məlumat parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv