Azərbaycan Dağıstanda zeytun bağları salacaq

Azərbaycan Dağıstanda zeytun bağları salacaq






presstv

"Presstv"az #İqtisadiyyat Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Yevlax Pilot Aqroparkın rezidenti “İsfa” MMC ilə Dağıstan Respublikasının İxraca Dəstək Mərkəzi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

presstvaz xəbər verir ki, memorandumu “İsfa” MMC-nin direktoru Samir Xeyirbəyov və Dağıstan Respublikasının İxraca Dəstək Mərkəzinin rəhbəri Ruslan Abasquliyev imzalayıblar.

Sənədə əsasən, birinci mərhələdə “İsfa” MMC tərəfindən Dağıstanın Dərbənd rayonunda cari ilin payızında 100 hektarlıq ərazidə zeytun bağı salınacaq. Zeytun bağının salınmasında Yevlax Pilot Aqroparkda yetişdirilən ümumilikdə 165 min ədəd tingdən istifadə olunacaq. Həmçinin sözügedən bağın suvarma sisteminin qurulması da “İsfa” MMC tərəfindən həyata keçiriləcək.

İkinci mərhələdə isə günlük istehsal gücü 100 ton olacaq zeytun yağı emalı zavodunun qurulması nəzərdə tutulur.

Sözügedən sənədin ümumi dəyəri 7 milyon manata yaxındır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv