Ötən il ailə münaqişəsi və qısqanclıq zəminində ölümlə nəticələnən cinayətlərin sayı AÇIQLANDI

Ötən il ailə münaqişəsi və qısqanclıq zəminində ölümlə nəticələnən cinayətlərin sayı AÇIQLANDI






presstv

"Presstv"az #Ailə, #Münaqişə, #Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2024-cü ildə ailə münaqişəsi və qısqanclıq zəminində ölümlə nəticələnən 42 cinayət (qadın – 29, kişi – 16) qeydə alınıb.

presstvaz xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında əksini tapıb.

Sənəddə qeyd olunub ki, 2024-cü ildə qadını nikaha daxil olmağa məcburetmə ilə bağlı cinayət qeydə alınmayıb. 2024-cü ildə qadınlarla bağlı 6 778, o cümlədən zorakılıqla müşayiət olunan 2 427 cinayət qeydə alınıb.

Qısqanclıq, ailə münaqişəsi və məişət zəminli cinayətlərin sayı 1 217, o cümlədən qadının cinsi toxunulmazlığı əleyhinə törədilmiş cinayətlərin sayı 171 fakt olub. 2023-cü ildə isə qadınlarla bağlı 6 825, o cümlədən zorakılıqla müşayiət olunan 2 344 cinayət qeydə alınıb.

İllik məlumat parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv