Həlak olan ər və hamilə arvadı ayrı yerlərdə dəfn edildilər – Cütlüyün öldüyü qəzanın DETALLARI

Həlak olan ər və hamilə arvadı ayrı yerlərdə dəfn edildilər – Cütlüyün öldüyü qəzanın DETALLARI






presstv

"Presstv"az #Ailə, #Avto, #Bakı, #Hadisə, #Hövsan qəsəbəsi, #Müharibə, #Nəqliyyat, #Sabirabad, #Vətən müharibəsi, #YouTube, #Yük maşını

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Şabranda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində Vətən müharibəsi qazisi, 23 yaşlı Akif Zeynalzadə və onun hamilə həyat yoldaşı Dinara Zeynalzadə həyatını itiriblər.

Qazinin dayısının verdiyi məlumata görə, cütlük həmin gün Dinara Zeynalzadənin atasının evində qonaq olub:

“Qayınatası qalmalarını israr etsə də, onlar qalmayıblar. Uşaqları isə ailə üzvlərində qalıblar. Ər-arvad birlikdə yola düşüblər və Şabranda qəza baş verib. Hər ikisi həlak olub”.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Sıxılmış vəziyyətdə qalan iki nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, cütlük Bakının Hövsan qəsəbəsində yaşayırmış. Akif Zeynalzadə Sabirabadın Ulacalı kəndində, Dinara Zeynalzadə isə Xaçmazın Tel kəndində dəfn olunublar.

Ətraflı Baku TV-nin süjetində:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv