Zelenski Rusiyanın ultimatimuna cavab verdi

Zelenski Rusiyanın ultimatimuna cavab verdi






presstv

"Presstv"az #ABŞ, #Almaniya, #Avropa, #Avropa Komissiyası, #Finlandiya, #Fransa, #İtaliya, #Kiyev, #Rusiya, #Türkiyə, #Ukrayna, #Vəzifə, #Volodimir Zelenski

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ukrayna qoşunlarını öz ərazisindən çıxarmayacaq və Rusiyanın ultimatumlarına tabe olmayacaq”.

presstvaz xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski keçirdiyi brifinqdə deyib:

“Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qorumaq mənim konstitusion borcumdur, hərbçilərimizin vəzifəsidir. Bəli, hazırda təcavüz nəticəsində işğal olunmuş ərazilər var və heç kim öz torpaqlarını, ərazilərini, xalqını təslim etməyəcək”.

Onun sözlərinə görə, Kiyev ABŞ, Ukrayna, Rusiya və Avropa ölkələrinin bir daha görüşünün keçirilməsi imkanını nəzərdən keçirir: “Bu cür danışıqlar Türkiyə, Vatikan və ya İsveçrədə keçirilə bilər”.

“Mən Prezident Trampla telefon danışığı zamanı xahiş etdim ki, Ukrayna ilə bağlı heç bir qərar Ukraynanın özünün razılığı olmadan qəbul edilməməlidir”, – deyə Zelenski əlavə edib.

Ukrayna lideri əlavə edib ki, Tramp rusiyalı həmkarı ilə telefon danışığından sonra Fransa prezidenti, İtaliya baş naziri, Finlandiya lideri, Almaniya kansleri, Avropa Komissiyasının rəhbəri və onunla bir saatdan çox söhbətləşib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv