ABŞ hərbi helikopterindən siqnal raketləri ilə dolu çanta Yaponiyada yaşayış məntəqəsinə düşdü

ABŞ hərbi helikopterindən siqnal raketləri ilə dolu çanta Yaponiyada yaşayış məntəqəsinə düşdü






presstv

"Presstv"az #ABŞ, #Hadisə, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin “UH-1” tipli hərbi helikopteri Yaponiyanın sıx məskunlaşmış Okinava prefekturası üzərində uçuş zamanı içərisində pirotexniki siqnal fişəngləri olan 18 kiloqramlıq çantanı yerə salıb.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə Yaponiyanın Müdafiə Nazirliyi xəbər yayıb.

Hadisə ABŞ-yə məxsus Futemma aviabazasına təhkim olunmuş helikopterin uçuşu zamanı baş verib.

Sözügedən aviabaza Okinavanın sıx yaşayış olan Ginovan şəhərində yerləşir və obyektlərinin yaşayış evlərinə yaxın olması səbəbindən dünyanın ən təhlükəli hərbi bazalarından biri hesab olunur.

Düşən çantanın uzunluğu təxminən 90 sm, eni isə 30 sm-dir. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat daxil olmayıb. Lakin çanta hələ də tapılmayıb.

Okinava sakinləri uzun müddətdir ki, Futemma bazasının prefektura ərazisindən çıxarılmasını tələb edirlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv