Sektor müdiri: “Media subyektlərində İT mütəxəssis çatışmazlığı var”

Sektor müdiri: “Media subyektlərində İT mütəxəssis çatışmazlığı var”






presstv

"Presstv"az #Azərbaycan, #informasiya texnologiyaları, #Nəqliyyat, #Prezident Administrasiyası, #Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycandakı media subyektlərində informasiya texnologiyaları (İT) üzrə mütəxəssislərlə bağlı müəyyən çatışmazlıq var”.

presstvaz “Report”a istinadən xəbər verir ki, bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Rəqəmli media ilə iş sektorunun müdiri Elmir Vəlizadə Medianın İnkişafı Agentliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elektron Təhlükəsizlik Xidməti və “AzİntTelekom” MMC-nin birgə təşkil etdiyi media subyektləri üçün kibertəhlükəsizlik mövzusunda tədbirdə bildirib.

“İlkin məlumatlara əsasən, media subyektlərinin heç də hamısında İT mütəxəssislər tam şəkildə komplektləşməyib, hətta müəyyən qədər çatışmazlıqlar var. Belə hallar da ola bilər. Ancaq yenə bu suallara biz cavabı birlikdə tapmalıyıq və elə etməliyik ki, mediamızın fəaliyyətində hər hansı bir problem yaranmasın. Kontent tərəfi öz yerində, bu redaksiya siyasətidir, hər bir media orqanı özü bunu tənzimləyir. Ancaq onun texnoloji təminatında birlikdə iştirak etməliyik və buna dəstək verməliyik. Əgər ehtiyac yaranarsa, bu məsələlərlə bağlı növbəti təlimlər də təşkil oluna bilər. Biz belə təlimləri keçirməyə hazırıq”, – deyə sektor müdiri qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv